"Səbail"in rəqibindən uğurlu start

"Səbail"in rəqibindən uğurlu start
XƏBƏR 14 İyul 2019 / 20:57 2703
-  A +

Rumıniya çempionatında 2019-2020 mövsümünə start verilib.

Qol.az-ın məlumatına görə, "Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Universitatya" yeni mövsümə qələbə ilə başlayıb. Doğma meydanda "Buftea" klubunu 3:2 hesabı ilə məğlub edən Krayova təmsilçisi liderliyə yüksəlib.

Qeyd edək ki, "Səbail"lə "Universitatya" arasında Bakıda keçirilən ilk oyunda təmsilçimiz 2:3 hesabı ilə uduzub. Cavab matçı iyulun 18-də Rumıniyada olacaq.

Son xəbərlər