"Universitatya" Azərbaycana yaxşı nəticə üçün gedib. İnanıram ki, hər şey istədikləri kimi olacaq. Bu barədə nikbinəm".
Qol.az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Universitatya Krayova" klubunun keçmiş hücumçusu Qeorqe Krayovyanu deyib. Sabiq komandasının Avropa Liqasının 1-ci təsnifat mərhələsində bu gün Bakıda "Səbail"lə keçirəcəyi oyun haqda danışan 54 yaşlı veteran futbolçu rumınların favorit olduğunu söyləyib:
"Bakıya qələbə dalınca getdiklərini bilirəm. Komanda bu oyuna çox yaxşı hazırlaşıb. Hamı mənə deyirdi ki, "Universitatya" yoxlama matçlarında pis təsir bağışlayıb. Ancaq mən belə şeylərə fikir vermirəm. Favorit olduğumuzu deməyi xoşlamıram. Biz bunu meydanda göstərməliyik. Açığı, süni örtüklü meydança ilə bağlı qorxularım var. Orada zədə almaq ehtimalı böyükdür. Zədələndinsə, oyunu buraxmalısan".
"Universitatya"nın Avroliqada qrupa düşmək şanslarını dəyərləndirən Krayovyanu bunları deyib: "Belə bir şansımız var. Amma məni daha çox yerli çempionat maraqlandırır. Çünki onsuz da Avropa Liqasını qazana bilməyəcəyik".
Keçmiş forvard "Səbail"in dünyaca məşhur yarımmüdafiəçisi Maykl Esyen haqda da danışıb: "Esyen tanınmış futbolçudur. Kifayət qədər təcrübəyə sahibdir. Onun dünya futbolunda özünəməxsus yeri var".
Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya" oyunu yerli vaxtla 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra Rumıniyada olacaq.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq