"Barselona"dan ayrılır - açıqlama

"Barselona"dan ayrılır - açıqlama
DÜNYA FUTBOLU 25 İyun 2019 / 14:57 4391
-  A +

Denis Suares bu yay "Barselona"dan ayrılmağa hazırlaşır.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, bu barədə 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, böyük ehtimalla La Liqa klublarındna birində oynayacağını bildirib: "Barselona"nı tərk etməyə hazırlaşıram. "Selta"ya keçməyim mümkündür. Ümid edirəm ki, bu, nə vaxtsa, baş verəcək. Başqa ölkə klublarından da təklif var. Amma əsas istəyim La Liqada qalmaqdır".

Qeyd edək ki, D.Suares 2016-cı ildə "Vilyarreal"dan "Barselona"ya keçib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Arsenal"da keçirib.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın