"Neftçi"nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

"Neftçi"nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi
XƏBƏR 24 İyun 2019 / 19:50 3132
-  A +

"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın "Politexnika İaşi” klubu ilə qarşılaşacaq. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də deyil, 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.


Xatırladaq ki, "Neftçi” ilk sınaq matçında "SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı