Lorenso Sotomayor 1/4 finalda - "Minsk-2019"

Lorenso Sotomayor   1/4 finalda - "Minsk-2019"
XƏBƏR 24 İyun 2019 / 21:44 3938
-  A +

“Minsk 2019”un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.

Qol.az məlumatına görə, boksçularımızın dördü də - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) 1/8 finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək 1/4 finala yüksəlib. O, Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.

Məsud Yusifzadə (52 kq) ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı