"Verdiyimiz pulu bəyənmirlər" - Sənan Qurbanov

"Verdiyimiz pulu bəyənmirlər" - Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 24 İyun 2019 / 16:29 5335
-  A +

"Digər transferlərin yolunu gözləyirik. Açığı, verdiyimiz pulu bəyənmirlər. Ona görə məsələ bir az gecikir".

Bu sözləri Qol.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib. Hələlik Sadiq Quliyev, Kamal Mirzəyev və ispaniyalı yarımmüdafiəçi Fernan Ferreyra Lopesi heyətinə qatan əyalət təmsilçisi daha 2 legioner almaq niyyətindədir. Qurbanov əcnəbilərin ən geci Bolu toplanışında komandaya qoşulacağına ümid edir:

"Dünən ikitərəfli oyun keçirdik. Bu gün uşaqlar dincələcək. Sabahdan məşqləri bərpa edəcəyik. Yeni legionerlərin komandaya tez qoşulmasını istəyirik. Burada alınmasa, uzağı Bolu toplanışında bizimlə olacaqlar".

Baş məşqçinin sözlərinə görə, Türkiyədə iyulun 4-dən 18-dək olacaq təlim-məşq toplanışındakı rəqiblərdən hələlik yalnız biri dəqiqləşib: "Rəqiblərlə bağlı danışıq gedir. Hələlik yalnız "Mariopul"la qarşılaşacağımız dəqiqdir. Komandalar başqa gündə oynamağı təklif edirlər. Amma biz razılaşmırıq. Çünki 5 gündən bir oyun keçirmək istəyirik".

S. Qurbanov baxışa çağırdıqları bütün futbolçuların geri qaytarılmasının səbəbini də açıqlayıb: "Baxışda olan futbolçuların çıxışı bizi qane etmədi. Yalnız Orxan Əliyev qalmışdı. Onun da əlini sıxıb, göndərdik. Heç birini bəyənmədik, çünki akademiyamızın futbolçularından geri qalırdılar. Öz uşaqlarımıza üstünlük verəcəyik".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı