"Səbail"dən Albaniya klubuna

"Səbail"dən Albaniya klubuna
XƏBƏR 24 İyun 2019 / 12:00 2858
-  A +

Mövsümün sonunda "Səbail”dən ayrılan Tome Kitanovski karyerasını Albaniyada davam etdirəcək.

Qol.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yüksək liqada çıxış edən “Kukesi”yə keçib. Klubun rəsmi saytı makedoniyalı futbolçu ilə  1+1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Kitanovski ötən mövsüm “Səbail”də 23 oyunda 1 qol vurub.


Son xəbərlər