Bu gün hansı idmançılarmız yarışacaq? - Avropa Oyunları

Bu gün hansı idmançılarmız yarışacaq? - Avropa Oyunları
XƏBƏR 24 İyun 2019 / 10:58 2705
-  A +

Bu gün “Minsk 2019” 2-ci Avropa Oyunlarında daha bir neçə idmançımız mübarizə aparacaq.

Qol.az xəbər verir ki, təmsilçilərimiz cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışacaq.


Cüdo

90 kq çəkidə mübarizə aparan cüdoçumu Məmmədəli Mehdiyev  1/16 finalda Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gələcək.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Doseni (Serbiya) sınağa çəkəcək.

Uşanqi Kokauri (100+) isə  1/8 finalda  Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.


Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.


Boks

56 kq çəkidə mübarizə aparan boksçumuz Tayfur Əliyev  1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq.

Məsud Yusifzadə (52) 1/8 finalda Dmitri Zamotayev ilə (Ukrayna) münasibətlərinə aydılıq gətirəcək.

Lorenso Sotomayor isə (69 kq) 1/8 finalda bosniyalı Adem Fetahoviçi sınağa çəkəcək.


Qadınların yarışına gəldikdə, 69 kiloda Məryəm Cəbrayılova  1/8 finalda Vivyen Budaiyə (Macarıstan) rəqib olacaq.



Badminton yarışlarının qrup mərhələsinin ilk turunda təmsilçimiz Azmi Qovumuramadhoni rumıniyalı Kollinz Valentin Filimonla qarşılaşacaq.


Batut gimnastikasının sinxron hərəkətlərində Ruslan Ağamirov - İlya Qrişunin cütlüyü yarışacaq.

Qeyd edək ki, aktivində 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Rusiya 19 qızıl, 10 gümüş və 10 bürünclə birincidir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı