Konte üçün 90 milyonluq hücumçu - təklif göndərildi

Konte üçün 90 milyonluq hücumçu - təklif göndərildi
DÜNYA FUTBOLU 23 İyun 2019 / 17:49 5061
-  A +

"İnter" "Lill"in hücumçusu Nikola Pepeni heyətinə qatmaq istəyir.

Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi kot d`İvuarlı futbolçu üçün klubuna 90 milyon avro təklif göndərib. Baş məşqçi vəzifəsinə Antonio Konteni gətirən klub rəhbərliyi yeni mövsüm üçün iddialı heyət qurmaq niyyətindədir. İtaliyalı mütəxəssisin sərəncamında görmək istədiyi əsas hücumçunun isə məhz Pepe olduğu bildirilir.

Qeyd edək ki, "Atletiko"nun da Pepe ilə maraqlandığı və yaxın günlərdə klubuna rəsmi təklif göndərəcəyi iddia olunur. Ötən mövsüm 22 qol vuran 24 yaşlı forvard 11 məhsuldar ötürmə edib.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"