Boksçumuz erməniyə qalib gəldi - Avropa oyunları

Boksçumuz erməniyə qalib gəldi - Avropa oyunları
XƏBƏR 23 İyun 2019 / 16:23 2577
-  A +

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında 3-cü günə start verilib.

Qol.az xəbər verir ki, "Uruçye Arena"da öncə 49 kq çəki dərəcəsində çıxış edən boksçular rinqə çıxıb.
Bu çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Rüfət Hüseynov Oyunlara 1/8 finaldan başlayıb. Onun rəqibi David Alaverdian (İsrail) olub. 4:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala adlayıb.

R.Hüseynov 1/4 finalda italiyalı Federiko Serra ilə üz-üzə gələcək. Sonuncu 1/8 finalda bolqarıstanlı Tinko Banabakova qalib gəlib.

1/4 final görüşləri iyunun 25-də baş tutacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı