"Çempionlar Liqasında qrupa düşmək istəyirik" - "Qarabağ"ın legioneri

"Çempionlar Liqasında qrupa düşmək istəyirik" - "Qarabağ"ın legioneri
ÖLKƏ FUTBOLU 23 İyun 2019 / 16:05 4642
-  A +

"Maraqlı oyun alındı. 0:2 hesabı ilə uduzsaq da, bu, elə də önəmli deyil. İlk yoxlama matçımız idi. Fiziki güc yığmaq önəmli idi. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki oyunumuza qədər hələ 3 yoxlama görüşümüz var".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Bolqarıstanlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında dünən Avstriya toplanışı çərçivəsində "Ludoqorets"ə 0:2 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib:

"İstəkli olmağım normaldır. Çünki hamı start heyətinə düşmək üçün mübarizə aparır. Hər kəs maksimum gücünü ortaya qoymağa çalışır. Bu, adi yoxlama matçı deyildi. Çox keyfiyyətli oyun alındı. "Ludoqorets" əla təsir bağışladı. Onlar təsadüfi çempion olmadıqlarını sübut etdilər. Güclü futbolçuları var".

Slavçev avrokuboklarda klubun qarşısına qoyulan hədəfləri də açıqlayıb: "Hədəflər yüksəkdir. Çempionlar Liqası, ən pis halda Avroliqanın qrupuna düşmək istəyirik. "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Bu cür nəticələr gözləmək normaldır".

"Qarabağ"dakı gələcəyi haqda da danışan yarımmüdafiəçi komandasını dəyişmək haqda düşünmədiyini bildirib: "Ölkə xaricində oynadığım üçün çox xoşbəxtəm. Avropada adımdan söz etdirmək üçün mübarizə aparıram. "Sportinq" və "Bolton"da oynamaq imkanım oldu. Amma həmin klublarda möhkəmlənə bilmədim. Mənim üçün uğursuz anlar oldu. İndiki məqamda dəyişiklik haqda düşünmürəm. Tam olaraq, öz oyunuma köklənmişəm".

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq