"Onları "Qarabağ"la çətin oyunlar gözləyir" - albaniyalı futbolçu

"Onları "Qarabağ"la çətin oyunlar gözləyir" - albaniyalı futbolçu
DÜNYA FUTBOLU 23 İyun 2019 / 14:42 4258
-  A +

Albaniyalı futbolçu Ledian Memuşay Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Partizani"nin şanslarını dəyərləndirib.

Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İtaliya B seriyasında çıxış edən "Peskara" klubunun 32 yaşlı yarımmüdafiəçisi Ağdam təmsilçisi ilə matçların çətin keçəcəyini bildirib:

"Partizani"ni Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iki çətin oyun gözləyir. Amma düşünürəm ki, Ansi Aqollinin gedişindən sonra "Qarabağ" çox zəifləyib (gülür). Ümid edirəm ki, hər şey Albaniya təmsilçisi üçün yaxşı qurtaracaq".

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.


Son xəbərlər