Avropa Oyunlarında Azərbaycan - Ermənistan finalı

Avropa Oyunlarında Azərbaycan - Ermənistan finalı
XƏBƏR 23 İyun 2019 / 18:07 7093
-  A +

"Minsk 2019" 2-ci Avropa Oyunlarında sambo yarışları davam edir.

Qol.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finalda litvalı Gintaras Katkusa qalib gəlib - 5:0. Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub. Səmədov bu görüşdə 4:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.

Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Təsəlliverici görüşdə estoniyalı Vadim Fominə qalib gələn C. Qarayev bürünc medal uğrunda Gürcüstan idmançısı Gennadi Çirqadze ilə mübarizə aparacaq.

Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpora məğlub olub - 3:4. O, təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryanla qarşılaşıb və 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın