Braziliya darmadağınla 1/4 finalda

Braziliya darmadağınla 1/4 finalda
DÜNYA FUTBOLU 23 İyun 2019 / 01:30 6215
-  A +

Amerika kubokunda A qrupunun son iki oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, ev sahibi Braziliya Peru ilə qarşılaşıb və rəqibini 5:0 hesabı ilə darmadağın edib. Venesuela isə Boliviyaya qalib gəlib - 3:1.

Braziliya - Peru- 5:0
Qollar
: Kasemiro, 12, Firmino, 19, Everton, 32, Dani Alves, 53, Villian, 90

Boliviya - Venesuela - 1:3
Qollar:
Maçis, 2 (0:1), 55 (0:2), Yustiniano, 82 (1:2), Martines, 86 (1:3)

Bu nəticələrdən sonra Braziliya 7 xalla qrupu 2-ci pillədə tamamlayıb və 1/4 finala yüksəlib. Venesuela isə 5 xalla qrup 2-cisi olaraq növbəti mərhələyə adını yazdırıb. 4 xalı olan Peru növbəti qrupların oyunlarının nəticələrini gözləməli olacaq.


Son xəbərlər