"Mançester Yunayted" növbəti transferə hazırlaşır

"Mançester Yunayted" növbəti transferə hazırlaşır
DÜNYA FUTBOLU 22 İyun 2019 / 22:56 4905
-  A +

"Mançester Yunayted" mövsümlərarası fasilədə növbəti transferə hazırlaşır.

Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, mankunyanlar "Kristal Pelas"ın müdafiəçisi Aaron Uan-Bissakanı heyətinə qatmağa yaxındır. "Qırmızı şeytanlar"ın qarşıdakı həftədə keçidi açıqlayacağı iddia olunur. Mançester təmsilçisinin 21 yaşlı futbolçu üçün klubuna bonuslarla birlikdə təxminən 60 milyon funt-sterlinq ödəyəcəyi bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl "Suonsi"dən Daniel Ceymsi heyətinə qatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord