Di Françeskonun yeni klubu müəyyənləşdi - rəsmi

Di Françeskonun yeni klubu müəyyənləşdi - rəsmi
DÜNYA FUTBOLU 22 İyun 2019 / 17:50 5605
-  A +

Mart ayında "Roma"dan istefaya göndərilən Eusebio Di Françeskonun yeni komandası müəyyənləşib.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis "Sampdoriya"nın sükanı arxasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb. 49 yaşlı çalışdırıcı bu vəzifədə "Milan"a keçən Marko Campaolonu əvəz edib. O, yeni klubu ilə 2002-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Di Françesko "Roma"dan əvvəl "Leççe" və "Sassuolo"nu da çalışdırıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord