"Əsas odur, Avroliqadakı ilk oyunumuza hazır olaq" - Namiq Ələsgərov

"Əsas odur, Avroliqadakı ilk oyunumuza hazır olaq" -  Namiq Ələsgərov
ÖLKƏ FUTBOLU 20 İyun 2019 / 22:20 2605
-  A +

"Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov "SKA-Xabarovsk” ilə yoxlama oyununu (3:1) dəyərləndirib.

Qol.az xəbər verir ki, ilk qolun müəllifi klubun rəsmi saytına açıqlamasında bugünkü görüşün gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib:

"Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdür, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odur, Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq. Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bugünkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu”.

Daha çox


Son xəbərlər