"Ayaks" baş məşqçisini saxladı

"Ayaks" baş məşqçisini saxladı
DÜNYA FUTBOLU 20 İyun 2019 / 17:48 2128
-  A +

"Ayaks" baş məşqçisi Erik ten Haqla yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, ten Haq 2017-ci ildən "Ayaks"ı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm Hollandiya çempionu olub və ölkə kubokunu qazanıb. "Ayaks" Çempionlar Liqasında isə yarımfinala kimi yüksəlib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı