Salanın ölümü ilə bağlı yeni xəbər - bir nəfər saxlanıldı

Salanın ölümü ilə bağlı yeni xəbər - bir nəfər saxlanıldı
DÜNYA FUTBOLU 20 İyun 2019 / 17:12 5663
-  A +

Bu ilin yanvarında təyyarə qəzası nəticəsində həyatını itirən argentinalı futbolçu Emiliano Salanın ölümü ilə əlaqədar bir nəfər saxlanılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə İngiltərə polisi məlumat yayıb. Lakin həmin şəxsin adı açıqlanmayıb. Şimalı Yorkşayr bölgəsində saxlanılan kişinin 64 yaşında olduğu bildirilib.

Qeyd edək ki, Fransanın “Nants” klubundan “Kardif Siti”yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı