"Qarabağ"ın avrokubok oyunları "Dalğa Arena"da

"Qarabağ"ın avrokubok oyunları "Dalğa Arena"da
ÖLKƏ FUTBOLU 20 İyun 2019 / 15:21 4468
-  A +

"Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, matç   "Dalğa Arena"da keçiriləcək. Qurban Qurbanovun komandasının ikinci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.

Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, "Qarabağ" "Partizani" səddini keçəcəyi təqdirdə, ikinci təsnifat mərhələsində Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"