"Real" Neymar üçün təklifini göndərdi

"Real" Neymar üçün təklifini göndərdi
DÜNYA FUTBOLU 20 İyun 2019 / 13:59 6099
-  A +

"Real" PSJ-nin futbolçusu Neymarı transfer etməkdə israrlıdır.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Madrid klubunun prezidenti Florentino Peres 2013-cü ildə "Barselona"ya keçməyi seçən braziliyalı hücumçunu bu dəfə almaq istəyir. "Real"ın artıq bununla bağlı Paris təmsilçisinə təklif göndərdiyi də vurğulanıb. La Liqa klubu Neymar üçün 130 milyon avro və Qaret Beyl və ya Xames Rodriqesi verməyi təklif etdiyi bildirilib.

Qeyd edək ki, Neymarı "Barselona"nın da heyətinə qatmaq istədiyi iddia olunur.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"