Srna "Şaxtyor"a qayıtdı - rəsmi

Srna "Şaxtyor"a qayıtdı - rəsmi
DÜNYA FUTBOLU 20 İyun 2019 / 13:36 2978
-  A +

İtaliyanın "Kalyari" klubundan ayrılan və futbolçu karyerasını başa vurmağa hazırlaşan Dario Srna "Şaxtyor"a qayıdıb.

Qol.az-ın Ukrayna klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 37 yaşlı xorvatiyalı sabiq komandasında məşqçi işləyəcək. Veteran futbolçu yeni baş məşqçi Luiş Kaştrunun köməkçilərindən biri təyin olunub.

Qeyd edək ki, 2003-2018-ci illərdə "Şaxtyor"da çıxış edən Srna Donetsk təmsilçisi ilə 10 dəfə Ukrayna çempionu olub, 8 dəfə ölkə kuboku və superkubokunu, 1 dəfə isə UEFA kubokunu qazanıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı