"Səbail”dən Avstriya klubuna

"Səbail”dən Avstriya klubuna
ÖLKƏ FUTBOLU 19 İyun 2019 / 15:35 3779
-  A +

Mövsümün sonunda “Səbail”dən ayrılan Maudo Jarjuenin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, qvineya-bisaulu müdafiəçi karyerasını Vyana “Austriya”sında davam etdirəcək. Bu barədə Avstriya klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu bundesliqa təmsilçisi isə 4 illik müqavilə imzalayıb.

“Austriya”ya keçidi ilə bağlı təəssüratlarını bölüşən gənc müdafiəçi “Səbail”dəki 2 illik karyerası haqda da danışıb: “Austriya” böyük klubdur. Mənim üçün yeni səhifə, yeni səviyyədir. Böyük hədəflərim var. Bu komanda ilə ciddi uğurlar qazanmaq və beynəlxalq arenada oynamaq istəyirəm. Bunun üçün də çox çalışmalıyam.

Portuqaliyada çox şey öyrəndim. Amma mənim üçün növbəti addımı atmaq vacib idi. Azərbaycan futboluna tez uyğunlaşdım və orada yaxşı vaxt keçirdim. Eyni zamanda vacib təcrübə qazandım”.

Qeyd edək ki, Jarjue 2017-ci ilin yayından “Səbail”də çıxış edirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı