"Qarabağ" uduzub, Avroliqaya düşsə... - rəqibi

"Qarabağ" uduzub, Avroliqaya düşsə... -  rəqibi
ÖLKƏ FUTBOLU 19 İyun 2019 / 14:51 8970
-  A +

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə uduzub, mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib.

Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı