“Bu gün futbolda hər şey mümkündür. Məntiqlə düşünsək, iki komandanın da növbəti mərhələyə adlamaq üçün şansı var. Hər şey meydanda həll olunacaq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın sabiq albaniyalı futbolçusu Ansi Aqolli deyib.
Təcrübəli müdafiəçi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın Albaniyanın “Partizani” klubuna rəqib olmasından danışıb. O, Azərbaycan təmsilçisinin təcrübə baxımından üstün olduğunu bildirib: “Amma “Qarabağ” Avropa təcrübəsinə sahibdir. Bu baxımdan Azərbaycan klubunu üstün görmək olar. Sabiq komandam Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. “Partizani” pis komanda deyil, lakin heyətinin əksəriyyəti gənc oyunçulardır. Onlar son ildə çempion oldular. Məntiqi cəhətdən “Qarabağ” daha şanslıdır”.
Aqolli Tirana klubunun heyətinin son illərdə dəyişdiyindən danışıb: “Son illərdə onların heyəti çox dəyişib. 2016/2017-ci il Avropa Liqasının pley-off-unda oynayan komandadan yalnız bir neçə oyunçu qalıb. Son mövsüm yeni oyunçularla çox yaxşı çıxış etdilər. Xüsusən heyətindəki vingerlər diqqət çəkir”.
Ansi hansı komandanı dəstəkləyəcəyi barədə suala da cavab verib: ““Partizani” mənim ölkəmin komandasıdır. Məni bu kluba bağlayan sadəcə Albaniya və Tirananı təmsil etməsidir. “Qarabağ” isə mənim həyatımdır. Bütün karyeram ora bağlıdır. Qurban Qurbanov mənim atam kimidir. Rəşad Sadıqov isə qardaşımdır. Biz onlarla yaxşı və pis günlər yaşadıq. Birlikdə ağır və xoş günlərimiz oldu. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda mənim ailəmdir. Bütün “Qarabağ” mənim sevimli dostlarımdır. Əlbəttə ki, “Qarabağ”ın uğurlarını istəyirəm”.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video