UEFA "Neftçi"nin oyununun yerini dəyişdi

UEFA "Neftçi"nin oyununun yerini dəyişdi
ÖLKƏ FUTBOLU 19 İyun 2019 / 00:48 5524
-  A +

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" və "Sperantsa" klubları arasındakı oyunların yeri dəyişdirilib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, ilk qarşılaşma əvvəlcədən açıqlandığı kimi Azərbaycanda deyil, Moldovada keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Buna həm Azərbaycanın iki təmsilçisi - “Səbail” və “Neftçi”nin, həm də Moldovanın “Speranta” və “Petrokub” klublarının ev oyunlarının eyni günə təsadüf etməsi səbəb olub.

Qeyd edək ki, ilk matç iyulun 11-də, ikinci görüş isə iyulun 18-də oynanılacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki