"Neftçi" növbəti rəqibini açıqladı

"Neftçi" növbəti rəqibini açıqladı
ÖLKƏ FUTBOLU 16 İyun 2019 / 13:23 3527
-  A +

"Neftçi"nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" iyunun 20-də "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi" ötən ilin qışında Antalyadakı təlim-məşq toplanışında da "SKA-Xabarovsk" klubu ilə üz-üzə gəlmiş və 0:8 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı