"Qarabağ" "Səbail"ə qalib gəldi

"Qarabağ" "Səbail"ə qalib gəldi
ÖLKƏ FUTBOLU 15 İyun 2019 / 19:36 6116
-  A +

2019/2020 mövsümünə hazırlaşan "Qarabağ" Bakıda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama keçirib.

Qol.az-ın məlumatına görə, Ağdam klubu "Azərsun Arena"da "Səbail"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Tural Bayramov, qonaqlardan  Fəhmin Muradbəyli qola imza atıb.

Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq "Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

15 iyun

Yoxlama oyunu

"Qarabağ" - "Səbail" - 3:1
Qollar:
Kintana, Ozobiç, Tural Bayramov - Fəhmin Muradbəyli

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı