"Fənərbaxça"da yeni yarımmüdafiəçi - rəsmi

"Fənərbaxça"da yeni yarımmüdafiəçi - rəsmi
DÜNYA FUTBOLU 15 İyun 2019 / 16:45 4997
-  A +

"Fənərbaxça" yeni mövsüm üçün ilk transferini edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi ötən mövsüm "Volfsburq"un əvəzedici komandasında oynayan Murat Sağlamı heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb.

Türkiyənin U-21 millisinin üzvünün Almaniya klubu ilə müqaviləsi başa çatdığı üçün "Fənərbaxça" təzminat ödəməyib.


Son xəbərlər