Baş məşqçisi Şeydayevdən danışdı: "Komandada qalmaq istəyir, amma..."

Baş məşqçisi Şeydayevdən danışdı: "Komandada qalmaq istəyir, amma..."
ÖLKƏ FUTBOLU 15 İyun 2019 / 14:00 7026
-  A +

“Ramilin komandada qalmaq arzusu var. Amma onun və mənim arzum başqa, maliyyə şərtləri isə başqadır”.

Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” klubunun baş məşqçisi Miodraq Bejoviç Rusiyanın “sport24” nəşrinə müsahibəsində bildirib.

O, Samara təmsilçisi ilə müqaviləsi başa çatan Şeydayevin klubdakı taleyi ilə bağlı sualı belə cavablandırıb: “Hər şey şərtlərdən asılıdır. Ümumiyyətlə, gəlin, transferlərlə bağlı bir qədər gözləyək. Axı hələ tətildən qayıtmamışıq".

Qeyd edək ki, 22 yaşlı hücumçu ötən ilin avqust ayında “Krılya Sovetov”la 1 illik müqavilə bağlamışdı.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın