Bekhem İkardini Amerikaya aparmaq istəyir

Bekhem İkardini Amerikaya aparmaq istəyir
DÜNYA FUTBOLU 15 İyun 2019 / 12:50 2575
-  A +

“İnter”in hücumçusu Mauro İkardi ABŞ-da oynaya bilər.

Qol.az “Footbal İtalia”ya istinadən xəbər verir ki, “İnter Mayami”nin sahibi olan Devid Bekhem argentinalı futbolçunu klubuna cəlb etmək istəyir.

Bekhem gələn il MLS liqasında çıxış edəcək komandasında İkardini də görmək istəyir. Onun 26 yaşlı forvarda təklif göndərdiyi bildirilir. Milan təmsilçisinin yeni baş məşqçisi Antonio Kontenin də İkardini komandada görmək istəmədiyi iddia olunur.

Qeyd edək ki, İkardinin “Yuventus”a keçəcəyi haqda da xəbərlər yayılıb.

Son xəbərlər