"Beşiktaş"dan Şürrleyə rəsmi təklif

"Beşiktaş"dan Şürrleyə rəsmi təklif
DÜNYA FUTBOLU 15 İyun 2019 / 12:15 3559
-  A +

Türkiyənin “Beşiktaş” klubu ön xətti gücləndirməyi planlaşdırır.

Qol.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Andre Şürrleni transfer etməyə çalışır.

Artıq almaniyalı futbolçuya rəsmi təklif göndərildiyi bildirilir. Şürrlenin agenti ilə danışıqlar gedir. “Beşiktaş”  28 yaşlı oyunçuya ilinə 2.5 milyon avro təklif edib. Futbolçunun "Borussiya"nın gələcək planlarına daxil olmadığı bildirilir. 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Fulhem”də oynayan Şürrle 26 oyuna 6 qol vurub.

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq