Montella "Fiorentina"da qalır - rəsmi

Montella "Fiorentina"da qalır - rəsmi
DÜNYA FUTBOLU 15 İyun 2019 / 02:00 2143
-  A +

"Fiorentina"nın yeni sahibi Rokko Kommisso komandanın baş məşqçisi Vinçentso Montella ilə bağlı qərarını açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, 44 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini bildirib.

Qeyd edək ki, Montella apreldə İtaliya təmsilçisinə qayıdıb. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 matçın heç birində qələbə qazana bilməyib. İtaliyalı mütəxəssis 2012-2015-ci illərdə də “Fiorentina”nı çalışdırıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı