İtaliyaya qalib gəlib, bürünc medal qazandılar - dünya çempionatı

İtaliyaya qalib gəlib, bürünc medal qazandılar - dünya çempionatı
DÜNYA FUTBOLU 15 İyun 2019 / 01:29 4751
-  A +

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında bürünc mükafatçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, üçüncü yer uğrunda görüşdə İtaliya və Ekvadorun U-20 yığmaları qarşılaşıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada Ekvador 104-cü dəqiqədə Riçard Minanın vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Qeyd edək ki, final görüşündə isə bu gün Ukrayna və Cənubi Koreya milliləri qarşılaşacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı