"Yuventus" Sarri ilə neçə illik müqavilə imzalayacaq?

"Yuventus" Sarri ilə neçə illik müqavilə imzalayacaq?
DÜNYA FUTBOLU 14 İyun 2019 / 23:31 3202
-  A +

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri "Yuventus"a keçməyə yaxındır.

Qol.az-ın "Sky Sport İtalia"ya istinadən yaydığı xəbərə görə, bu gün 60 yaşlı mütəxəssisin agenti Fali Ramadani Turin klubunun idman direktoru Fabio Paratiçi ilə iki saatlıq görüşüb. Tərəflər müqavilənin şərtlərində razılıq əldə edib. Razılığa əsasən, Sarri ilə 2+1 illik müqavilə imzalanacaq.

Onun "Yuventus"da 6-7 milyon avro qazanacağı iddia olunur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord