"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı

"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı
ÖLKƏ FUTBOLU 14 İyun 2019 / 13:35 3690
-  A +

Mövsümün sonunda "Keşlə"dən ayrılan Fuad Bayramov "Qəbələ"yə keçə bilər.

Bu barədə Qol.az-a futbolçu özü məlumat verib. 24 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, əyalət klubu onun xidmətində maraqlıdır. Fuadın meneceri ilə əlaqə saxlayan "qırmızı-qaralar" futbolçunu baxışa çağırıb. Bayramov sabah "Qəbələ"nin düşərgəsinə yollanacaq.

Qeyd edək ki, "Qəbələ" sabahdan yeni mövsümün hazırlıqlarına start verəcək.

Daha çox


Son xəbərlər