Millimiz FİFA reytinqində gerilədi

Millimiz FİFA reytinqində gerilədi
ÖLKƏ FUTBOLU 14 İyun 2019 / 12:23 3929
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Buna səbəb yığmamızın Avro-2020-nin seçmə mərhələsində evdə Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesablı məğlubiyyətləridir. Ümumilikdə 14 reytinq xalı itirən millimiz  1188 xalla 110-cu sırada qərarlaşıb. Nikola Yurçeviçin başçılıq etdiyi komanda Bəhreyn seçməsi ilə eyni pilləni bölüşdürür.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 6-cı,  Uels (1514) 23-cü, Slovakiya (1491) 31-ci, Macarıstan isə (1442) 42-ci pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 1746 xalla Belçika başçılıq edir. Fransa 1718 xalla ikinci, Braziliya isə 1681 xalla üçüncüdür.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı