"Səbail" Aftandil Hacıyevlə bağlı qərar verdi

"Səbail" Aftandil Hacıyevlə bağlı qərar verdi
ÖLKƏ FUTBOLU 13 İyun 2019 / 17:22 4235
-  A +

Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək "Səbail"də baş məşqçi Aftandil Hacıyevin köməkçiləri ilə bağlı müvafiq qərarlar verilib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, məşqçilər korpusunda yer alan mütəxəssislər - Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə 1 illik yeni müqavilə imzalanıb. Aftandil Hacıyevin isə 2020-ci ilə qədər olan müqaviləsinin şərtləri dəyişdirilib.

Ancaq klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumatda hansı şərtlərin dəyişdirildiyi açıqlanmayıb.

Qeyd edək ki, A. Hacıyev ötən ilin yayından "Səbail"ə başçılıq edir.

Daha çox


Son xəbərlər