"Qarabağ" yoxlama oyunu keçirəcək - Bakıda

"Qarabağ" yoxlama oyunu keçirəcək - Bakıda
ÖLKƏ FUTBOLU 13 İyun 2019 / 16:50 3666
-  A +

İyunun 17-dək Bakıda təlim-məşq toplanışında olacaq "Qarabağ" yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi "Səbail"lə qarşılaşacaq. İyunun 15-də "Azərsun Arena"da oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq "Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər