Hamşik Bakıda millinin tarixinə düşdü

Hamşik Bakıda millinin tarixinə düşdü
XƏBƏR 12 İyun 2019 / 13:23 2401
-  A +

Avro-2020-nin seçmə mərhələsində yığmamız üzərində 5:1 hesablı qələbə Slovakiya millisinin kapitanı  Marek Hamşik üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, oyunda dubl edən 31 yaşlı yarımmüdafiəçi  yığmada ən çox qol vuran futbolçu adını qazanıb.

Hamşik Slovakiya millisinin heyətində keçirdiyi 114 oyunda 24 qol vuraraq, yığmanın bombardiri olub. Buna qədər rekord yığmanın keçmiş hücumçusu Robvert Vittekə (23 qol) məxsus idi.

Qeyd edək ki, Hamşik həm də Slovakiya millisində ən çox oyun keçirən futbolçudur.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın