"Azərbaycana oynamaq imkanı vermədik" - Pavel Hapal

"Azərbaycana oynamaq imkanı vermədik" -  Pavel Hapal
ÖLKƏ FUTBOLU 11 İyun 2019 / 22:14 3272
-  A +

"Biz əla oynadıq. İlk dəqiqədən sona qədər üstün olduq. Qol buraxmağımıza baxmayaraq, çoxlu şans qazandıq. Hər şeydən razıyam".

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Bakıda yığmamıza qalib gəldikləri oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, "Bu qədər zəif Azərbaycan yığması gözləyirdiz" sualını belə cavablandırıb: "Deməzdim ki, Azərbaycan millisi çox zəif idi. Sadəcə, biz çox yaxşı oynadıq, performansımız yüksək oldu və rəqibə oynamağa imkan vermədik".

Hapal Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunlarında yenidən paytaxtımıza gəlmək istədiyini bildirib: "Əlbəttə, bura qayıtmaq istərdim. Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da sonda rol oynaya bilər. Bakı gözəl şəhərdi və böyük stadionu var. Bakı Olimpiya Stadionu kimi gözəl stadionda yenidən oynamaq istərdik".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı