“Yuventus”un prezidenti Andrea Anyellinin Bakıya gəlişinin əsl səbəbi məlum olub.
Qol.az-ın İtaliyanın “Tuttusport” nəşrinə istinadən yaydığı xəbərə görə, Avroliqanın paytaxtımızda keçiriləcək final matçını Bakı Olimpiya Stadionundan canlı izləyəcək klub rəsmisi həm də “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə görüşmək üçün ölkəmizə təşrif buyurub.
Qəzet yazıb ki, ötən gecəni London klubunun məskunlaşdığı “Four Seasons” otelində keçirən Anyelli bu gün səhər italiyalı məşqçi ilə görüşüb. “Çelsi”nin prezidenti Bryus Barkın da iştirak etdiyi görüşdə Sarrinin “Yuventus”a keçmək məsələsi müzakirə olunub. İddiaya görə, Turin klubu Sarri ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.
Böyük Britaniyanın “The Sun” nəşri isə yazıb ki, təcrübəli mütəxəssis “Arsenal”la bugünkü final oyununun nəticəsindən asılı olmayaraq, “zadəganlar”dan ayrılmaq istəyir. İngilislərin Sarrini 5 milyon funt-sterlinq təzminat qarşılığında “Yuventus”a buraxmağa hazır olduğu bildirilir.
"Yuventus" prezidentinin "Çelsi" rəsmiləri ilə keçirdiyi görüşdən çəkilən gizli şəkillər
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi