"Mançester Yunayted" De Liqtdən imtina etdi

"Mançester Yunayted" De Liqtdən imtina etdi
DÜNYA FUTBOLU 26 May 2019 / 19:32 3683
-  A +

"Mançester Yunayted" "Ayaks"ın kapitanı Mateys de Liqtin transferindən imtina edib.

Qol.az-ın "Sky Sports" nəşrinə istinadən yaydığı xəbərə görə, mankunyanlar 19 yaşlı futbolçu üçün "Barselona" ilə rəqabət aparmaq istəmir. Çünki belə olan halda hollandiyalı oyunçunun transfer qiyməti qalxacaq ki, bu da ingilisləri qane etmir.

Qeyd edək ki, "Barselona"nın De Liqt üçün "Ayaks"a 75 milyon avro təzminat ödəyəcəyi bildirilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı