Azərbaycan Bakıda olacağı müddətdə “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir.
Bu haqda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov CNN-ə verdiyi müsahibədə danışıb. Amerika telekanalının jurnalisti Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə daha çox zəmanət verməyə hazır olub-olmadığını soruşub. Nazir Azərbaycanın bütün mümkün zəmanətləri verdiyini vurğulayıb.
“Başqa nə etməliyik ki? Dalınca F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik? Bundan başqa nə edə bilərik axı?”, - deyə nazir bildirib.
A.Rəhimov Mxitaryanın Bakıya gələcəyi təqdirdə təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı bütün sənədlərin həm UEFA, həm də futbolçunun çıxış etdiyi “Arsenal” futbol klubuna göndərildiyini diqqətə çatdırıb.
“Azərbaycan hökumətinin, həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosasiyası və təhlükəsizliyə cavab verən bütün dövlət orqanlarının adından zəmanət məktubu göndərmişəm”, - deyə nazir əlavə edib.
O, həmçinin, qeyd edib ki, Mxitaryana şəxsən təhlükəsizliklə bağlı zəmanətlərin çatdırılması üçün onun Azərbaycan səfirliyi ilə əlaqə yaratması təklif edilsə də, futbolçu müraciət etməyib.
Bakıya gəlmək istəyən digər erməni əsilli futbol azarkeşlərinə gəlincə, nazir Azərbaycanın heç vaxt azarkeşlərin ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirlərində iştirakına əngəl yaratmadığını dilə gətirib.
“Erməni əsilli istənilən şəxs Azərbaycana viza almaq üçün sorğu göndərə bilər”, - deyə o əlavə edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bundan əvvəl “Arsenal” klubu erməni futbolçu Henrix Mxitaryanı “Çelsi”yə qarşı matça Bakıya gətirməyəcəyini bəyan edib.
“Biz Mxitaryanla bağlı bütün variantları nəzərdən keçirmişik, onunla və ailəsi ilə danışıqlar aparmışıq. Keçirilən görüşdən sonra qərar aldıq ki, o, final oyununda oynamayacaq. Biz artıq bu barədə UEFA-nı da məlumatlandırmışıq”, - deyə saytda dərc olunan bəyanatda deyilib (oxu.az).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video