Lukaku üçün 35 miyon avro və Perişiç

Lukaku üçün 35 miyon avro və Perişiç
DÜNYA FUTBOLU 25 May 2019 / 11:19 3802
-  A +

"İnter" "Mançester Yunayted"dən ayrılmağa hazırlaşan Romelu Lukakunu transfer etmək istəyir.

Qol.az-ın "La Gazetta dello Sport"a istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi belçikalı hücumçu üçün 35 milyon avro və İvan Perişiçi təklif etməyə qərar verib. Xəbərdə Lukakunu 60 milyon avroya satmağa hazırlaşan İngiltərə klubunun bu təklifə müsbət baxa biləcəyi iddia olunub.

Qeyd edək ki, Lukaku cari mövsüm 45 matçda 15 qol vurub, 4 qolun ötürməsini verib.


Son xəbərlər