Belözoğlu "Fənərbaxça"ya keçir - açıqlama

Belözoğlu "Fənərbaxça"ya keçir - açıqlama
DÜNYA FUTBOLU 24 May 2019 / 22:17 2933
-  A +

"Başakşəhər"in futbolçusu Əmrə Belözoğlu karyerasını "Fənərbaxça"da davam etdirəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezideni Göksel Gümüşdağ məlumat verib:

"Onunla görüşdüm və bizimlə daha 1 il qalmağını istədim. Ancaq Əmrə "Fənərbaxça"da futbolçu karyerasını başa vurmaq istədiyini söylədi, mən də icazə verdim".

Qeyd edək ki,  38 yaşlı Ə.Belözoğlu 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da oynayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı