"Mxitaryanın yerində olsaydım, Bakıda komandamın yanında olardım" - erməni gimnast

"Mxitaryanın yerində olsaydım, Bakıda komandamın yanında olardım" -  erməni gimnast
XƏBƏR 24 May 2019 / 17:15 3636
-  A +

"Bakıda hamı mehribandır. Kömək istəyəndə dərhal yardım edirlər”.

Qol.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında Rusiyanı təmsil edən erməni gimnast Qarsevan Canazyan jurnalistlərə açıqlamasında deyib.

Bacısı Duxik Canasyanla birlikdə yarışda iştirak edən idmançı paytaxtımız haqqda təəssüratlarını bildirib. O, Bakıda təhlükəsizliklərinin yüksək səviyyədə təmin olunduğunu qeyd edib: "Bakıda bizi hər şey qane edir. Ona görə də bura gəlmişik. Bakını gəzmişik, çox gözəldir və tam sərbəst dolaşa bilirik. Avropa çempionatında məqsədmiz təmsil etdiyimiz ölkənin idman şərəfini qorumaq, bayrağını yüksəltməkdir. Bacımla "üçlük"də çıxış edirik. Mən həm də areodans proqramında 8 nəfərlik komandada çıxış edirəm".

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Avroliqanın finalında "Çelsi" ilə keçiriləcək oyun üçün Bakıya gəlməkdən imtina etməsinə münasibət bildirən Q.Canazyan növbəti dəfə Azərbaycanın təhlükəsiz ölkə olduğunu bildirib: "İnsanlar müxtəlif fikirdə olur. Azərbaycan tam təhlükəsiz ölkədir. Ona görə də biz buradayıq".

D.Canazyan isə əlavə edib: "Mən Mixtaryanın yerində olsaydım, Bakıya gələrək komandamızın yanında olardım və onu dəstəkləyərdim".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord