Runi məşqçi olacaq

Runi məşqçi olacaq
DÜNYA FUTBOLU 24 May 2019 / 15:06 2203
-  A +

"Di-Si Yunayted"in hücumçusu Ueyn Runi karyerasını bitirdikdən sonra məşqçi olacağını açıqlayıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu məşqçi kimi özünü sınamaq fikrindədir. O, futbolu sevdiyini və bu idman növündən ayrıla bilmədəyini deyib:

"Həyatımı futbolda keçirmişəm. Mən bu idman növünü sevirəm. Özümü baş məşqçi kimi sınamaq maraqlıdır. Uğur qazanacağıma ümid edirəm. Yüksək səviyyəli futbolçularla oynamışam, futbol barədə çox məlumatım var".

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü bu mövsüm  13 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord