"Siti"dən Qvardiola açıqlaması - "Təəccübləndik"

"Siti"dən Qvardiola açıqlaması -  "Təəccübləndik"
DÜNYA FUTBOLU 23 May 2019 / 21:05 9131
-  A +

"Mançester Siti" baş məşqçisi Xosep Qvardiolanın "Yuventus"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Alberto Qalassi "Sky Sport Italia"ya açıqlamasında xəbəri təkzib edib. "İdarə heyətinin üzzü olaraq bu xəbəri oxuyanda təəccübləndim. Qvardiola bizim baş məşqçimizdir və komandada qalmaq istəyir. Yazılanlar yalandır".

Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"ni çalışdırır.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord