"Qarabağ"dan Fabbrini açıqlaması

"Qarabağ"dan Fabbrini açıqlaması
ÖLKƏ FUTBOLU 23 May 2019 / 15:09 7919
-  A +

"Qarabağ" italiyalı yarımmüdafiəçi Dieqo Fabbrininin Ağdam təmsilçisinə keçəcəyi ilə bağlı İtaliya mətbuatda çıxan xəbərlərə münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında məlumatı təkzib edib. O, 28 yaşlı futbolçunun "Qarabağ"ın maraq dairəsində olmadığını söyləyib:

"Dieqo Fabbrini ilə heç vaxt maraqlanmamışıq. Ümumiyyətlə, o futbolçunun adı bizim transfer siyahımızda olmayıb".

Qeyd edək ki, İtaliya mətbuatı mövsümün sonunda Rumıniyanın "Botoşani" klubundan ayrılan Fabbrinin "Neftçi" və "Qarabağ"ın maraq dairəsində olduğunu yazıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı